| |
Capítulo 40 3 a 4 Meses (12 a 16 Semanas): Papilas Gustativas, Movimento de Mandíbula, Reflexo de Sucção, Percepção dos Primeiros Movimentos do Feto
|
| |
| 11 və 12-ci həftələr arasında
dölün çəkisi təqribən 60% artır.
12-ci həftə ilə hamiləliyin ilk
üçdə bir hissəsi, yaxud trimestri
bitir.
|
| Artıq ağız boşluğu divarlarının bütün
şəthi üzərində dad məməciklərinin
kötükcələri yerləşir.
|
| Doğuşa yaxın dad məməcikləri yalnız
dilin üzərində və damağın yuxarısında
qalır.
|
| Bağırsaqlarda 12-ci həftədə artıq
peristaltika hərəkətləri başlanır və
bunlar təxminən 6 həftə davam edir.
Dölün və yenidoğulmuş uşağın yoğun
bağırsağından ilk ifraz olunmuş maddə
mekonium adlanır.
O, həzm traktının ifraz etdiyi
həzm fermentləri,
zülallar və ölü hüceyrələrdən
ibarət olur.
|
| 12-ci həftənin sonunadək yuxarı
ətrafın uzunluğunun bədənin uzunluğuna
nisbəti təxminən son səviyyəsinə çatır.
Aşağı ətrafların boyu uzanaraq
son əndazəsinə çatır.
|
| Kürəyi və başın təpəsini istisna etməklə,
dölün bütün bədəni artıq yüngül
toxunmaya həssasdır.
|
| İlk dəfədir ki, cinsə aid fərqlər
peyda olur.
Məsələn, qadın cinsinə aid döllər
kişi cinsinə aid olanlara nisbətən
çənə hərəkətlərini daha çox
icra edirlər.
|
| Bundan əvvəl müşahidə olunan
geriyə çəkilmə cavab reaksiyasının
əksinə olaraq ağız ətrafının
qıcıqlandırılması
indi stimula doğru hərəkətlə
və ağızın açılması ilə nəticələnir.
Bu cavab forması "bənd olma refleksi"
adlanır və bu refleks
anadan olandan sonra da
qalaraq,ana südü ilə qidalandırıldıqda
yenidoğulmuş uşağa anasının
məməciyini tapmağa kömək edir.
|
| Piy təbəqəsi yanaqlarda qalınlaşdıqca
üz öz formasını alır
və dişlər də inkişaf etməyə başlayır.
|
| 15-ci həftənin sonuna yaxın
qan yaradıcı sistemin hüceyrələri
sümük iliyinə daxil olur və
çoxalmağa başlayırlar.
Qan hüceyrələrinin formalaşması
əsasən burada baş verəcək.
|
| Baxmayaraq ki, 6 həftəlik rüşeym
hərəkət etməyə başlayır,
hamilə qadın dölün tərpənməsini
ilk dəfə 14-18-ci həftələr arasında
hiss etməyə başlayır.
Ənənəvi olaraq, bu hadisəni
dölun tərpənməsi adlandırırlar.
|