| |
Capítulo 41 4 a 5 Meses (16 a 20 Semanas): Resposta ao Estresse, Verniz Caseoso, Ritmos Circadianos
|
| |
| 16-cı həftənin sonuna yaxın
dölün qarnına iynənin batırılması
kimi əməliyyatlar
ümumi qan dövranına noradrenalin,
yaxud norepinefrinin ifraz edilməsi
ilə səciyyələnən stress
reaksiyasını törədir.
Yenidoğulmuşlar , eləcə də
böyüklər invaziv əməliyyatlara
qarşı oxşar cavab reaksiyasını
nümayiş edirlər.
|
| Tənəffüs sistemində bronxial
ağac demək olar ki, tam formalaşıb.
|
| Kazeoz örtük adlı qoruyucu,
ağ rəngli maddə artıq dölün bədənini
tam örtür.
Örtük dərini amniotic mayenin
qıcıqlandırıcı təsirindən
qoruyur.
|
| 19-cu həftədən başlayaraq
dölün tərpənməsi, tənəffüs
aktları və ürək ritmi tsirkad ritmi
adlandırılan sutkanın dövrlərinə
uyğunlaşmağa başlayır.
|
Capítulo 42 6 a 7 Meses (24 a 28 Semanas): Reflexo Cócleo-Palpebral e de Sobressalto; Pupilas Respondem à Luz; Olfato e Paladar
|
| |
| 20-ci həftənin sonuna yaxın
ibliz adlı eşitmə orqanı
böyüklərdə olan ölçülərə çataraq
tam inkişaf etmiş daxili qulaqda
özünə yer eləyir.
Bundan sonra döl səslərin
ucalmasını
hiss edəcək.
|
| Başın dərisində tüklər uzanmağa
başlayır.
Dərinin bütün layları və strukturları,
o cümlədən tük follikulları
və vəzilər artıq mövcuddur.
|
| Mayalanmadan 21-22 həftə sonra
ağ ciyərlər hava ilə nəfəs almağa
qadirdir.
Bu dövru yüksək yaşama qabiliyyəti
dövrü kimi qiymətləndirirlər,
çünki bəzi döllər artıq
uşaqlıqdan kənarda da sağ qala
bilirlər.
Təbabətin əldə etdikləri nailiyyətlər
vaxtından əvvəl doğulmuş uşaqların
sağ qalmasını mümkün etmişdir.
|