| |
Capítulo 43 5 a 6 Meses (20 a 24 Semanas): Responde ao Som; Cabelo e Pele; Idade de Viabilidade
|
| |
| 24-cü həftənin sonuna yaxın göz
qapaqları yenidən açılır
və döl göz qırpmaqla qıcığa qarşı
cavab reaksiyasını nümayiş edir.
Gözlənilməz, gur səslərə qarşı
reaksiya qadın cinsinə aid olan
döllərdə adətən daha tez müşahidə
olunur.
|
| Bəzi tədqəqatçılar göstərərlər ki,
gur səslər dölün səhhətinə mənfi
təsir göstərə bilər.
Qıcıqdan dərhal sonra ürək
vurğularının sayının artması,
dölün udma hərəkətlərinin çoxalması,
və davranışda kəskin dəyişikliklər
baş verir.
Bunun nəticəsi kimi, hətta uzun
müddət keçdikdən sonra, eşitmə
qabiliyyətinin itirilməsi mümkündür.
|
| Dölün tənəffüs tezliyi dəqiqədə
44 tənəffüs aktınadək arta bilər.
|
| Hamiləliyin üçüncü trimestri ərzində
dölün istifadə etdiyi enerjinin 50%-dən
çox hissəsi beynin sürətlə
böyüməsinə sərf olunur.
Beyin çəkisi 400-500% artır.
|
| 26-cı həftənin sonuna yaxın gözlərdən
göz yaşı ifraz olunur.
27-ci həftənin sonunda göz bəbəkləri
artıq işığa reaksiya verməyə başlayır.
Bu reaksiya torlu qişaya yetişən
işıq şualarının miqdarını
ömür boyu tənzimləyəcək.
|
| İybilmə hissinin həyata keçirilməsi
üçün bütün komponentlər
dəyişkəndir.
Yarımçıq uşaqlarda aparılmış
tədqiqatlar göstərmişdir ki,
iybilmə qabiliyyəti mayalanmadan
cəmi 26 həftə sonra yaranır.
Amniotik mayeyə şirin maddələr
əlavə edildikdə dölün
udma hərəkətlərinin sayı artır.
Əksinə, acı maddələr
əlavə edildikdə dölün
udma hərəkətlərinin sayı azalır.
Bir çox hallarda bundan sonra
mimiki ifadələr də artır.
|
| Gəzinti zamanı addımlamaya bənzər
hər bir neçə hərəkətdən bir
döl mayallaq vurur.
|
| Dəri altına piylər yığıldıqca,
dölün dərisində olan
qırışların sayı azalır.
Bədən temperaturunun eyni səviyyədə
Saxlanılmasında, doğuşdan sonra
enerji mənbəyi olan piylər
həyati rol oynayır.
|
Capítulo 44 7 a 8 Meses (28 a 32 Semanas): Discriminação de Sons, Estados Comportamentais
|
| |
| 28-ci həftənin sonunda döl zil
və bəm səsləri seçə bilir.
|
| 30-cu həftənin sonunda tənəffüs
hərəkətləri daha çox müşahidə edilir
və orta ölçülü dölün 30-40% vaxtı
buna sərf olunur.
|
| Hamiləliyin son 4 ayında dölün
uyğunlaşdırılmış hərəkətləri
istirahət fasilələri
ilə növbələşir.
Belə fərqli davranış vəziyyətləri
mərkəzi sinir sisteminin
quruluşunun mürəkkəbliyini
əks etdirir.
|
Capítulo 45 Os Membros e a Pele
|
| |
| Təqribən 32-ci həftənin sonuna yaxın
əsil alveollar
və yaxud "hava qovuqcuqlarına"
bənzər hüceyrələr ağ ciyərlərdə
inkişaf etməyə başlayır.
Onlar doğuşdan sonra da 8 yaşadək
inkişaf etməkdə davam edəcəklər.
|
| 35 həftəlik döl əlləri ilə
möhkəm tutmağı bacarır.
|
| Dölün müxtəlif maddələrlə təmasda
olması, doğuşdan sonra onun qoxulara
verdiyi üstünlüyü müəyyən edir.
Məsələn, anaları biyan kökünə
dadini təmin edən cirədən
istifadə etmiş döllər doğuşdan sonra
cirəni xoşlayırlar.
Doğuşdan əvvəl cirə ilə təmasda olmamış
körpələr isə cirəni xoşlamır.
|
Capítulo 46 9 Meses até o Nascimento (36 Semanas até o Nascimento)
|
| |
| Döl doğuş prosesinin başlanması
üçün çoxlu miqdarda estrogen adlı
hormon ifraz etməyə başlayır
və bununla dölün yenidoğulmuşa
çevrilməsi başlanır.
Doğuş uşaqlığın yığılmaları ilə başlanır
və uşağın doğulması ilə nəticələnir.
|
| Mayalanmadan doğuşadək və ondan
sonrakı dövrdə
insan orqanizminin inkişafı
prosesi çevik, uzun müddətli
və mürəkkəbdir.
Bu möcüzəli prosesə dair yeni kəşflər
tədricən daha dəqiq göstərir ki,
dölün inkişafı insanın həyatı boyu
səhhətinə güclü təsir göstərir.
Erkən mərhələlərdə insanın
inkişafına dair biliklərimiz artdıqca,
sağlamlığı həm doğuşdan əvvəl,
həm də sonralar təmin etmək üçün
imkanlarımız da artır.
|