| |
Desenvolvimento Embrionário: 4 a 6 Semanas
Capítulo 11 4 Semanas: Líquido Amniótico
|
| |
| 4-cü həftənin sonuna yaxın
embrionu, içi maye ilə dolu
amnion adlı şəffaf qovuqcuq
əhatə edir.
Bu, amniotic maye adlandırılan
steril duru maddə
rüşeymi zədələnmədən qoruyur.
|
Capítulo 12 O Coração em Ação
|
| |
| Ürək vurğularının sayı adətən
normada dəqiqədə 113 olur.
Baxın, hər vurğu zamanı kameralara
qan daxil olub qovularkən
ürəyin rəngi necə dəyişir.
Ürək doğuşa qədər təqribən
54 milyon dəfə
və 80 illik ömür müddətində
3,2 bilyon
dəfədən artıq vurur.
|
Capítulo 13 O Crescimento do Cérebro
|
| |
| Beynin sürətlə böyüməsi
ön, orta və arxa
beynin xarici görünüşünün
dəyişməsində özünü göstərir.
|
Capítulo 14 Brotos dos Membros
|
| |
| 4-cü həftənin sonuna yaxın
ətrafların düyünlərinin əmələ
gəlməsi ilə yuxarı və aşağı
ətrafların inkişafı başlanır.
|
| Bu zaman dəri hələ şəffafdır,
çünki o cəmi bir hüceyrə
qalınlığındadır.
Dəri qalınlaşdıqca, öz şəffaflığını
Itirir,
bu da o deməkdir ki, biz yalnız
növbəti aya qədər daxili orqanların
inkişafını görə biləcəyik.
|
Capítulo 15 5 Semanas: Hemisférios Cerebrais
|
| |
| 4 və 5-ci həftələr arasında
beyin sürətlə böyüməkdə davam edir
və 5 fərqli hissəyə bölünür.
Rüşeymin başı onun ümumi ölçüsünün
1/3 hissəsini təşkil edir.
Baş beyin yarımkürəcikləri
əmələ gəlir və tədricən
beynin ən böyük hissəsinə cevrilir.
Baş beyin yarımkürəciklərinin
lazım gəldikdə idarə edə biləcəyi
funksiyalar aşağıdakılardır:
düşünmək, öyrənmək, yadda saxlamaq,
danışmaq, görmək, eşitmək,
sərbəst hərəkət etmək
və məsələləri həll etmək
|
Capítulo 16 Vias Respiratórias Principais
|
| |
| Tənəffüs sistemində artıq əsas
sağ və sol bronxlar mövcuddur,
vaxtı gələndə onlar traxeyanı
və ya nəfəs borusunu ağ ciyərlərlə
birləşdirəcək.
|
Capítulo 17 Fígado e Rins
|
| |
| Qarın boşluğunun çox hissəsini
tutan iri həcmli qara ciyər
döyünən ürəklə yan-yana
yerləşməsini görürsünüz.
Daimi böyrəklər 5-ci həftənin
sonuna yaxın əmələ gəlir.
|
Capítulo 18 Saco Vitelino e Células Germinativas
|
| |
| Yumurta sarısı kisəsində rüşeymi
hüceyrələr adlı ilkin reproduktiv
hüceyrələr yerləşir.
5-ci həftənin sonuna yaxın
bu rüşeymi hüceyrələr
böyrəklərlə yan-yana yerləşən
reproduktiv organlara doğru yer
dəyişirlər.
|
Capítulo 19 Placas da Mão e Cartilagem
|
| |
| 5-ci həftənin sonuna yaxın
eyni zamanda rüşeymin
əl kökləri yaranır və 5 ½
həftəsinə yaxın
qığırdaq formalaşmağa başlayır.
Burada biz sol əl kökünü və biləyi
5 həftə 6 günlük rüşeymdə görürük.
|