| |
Desenvolvimento Embrionário: 6 a 8 Semanas
Capítulo 20 6 Semanas: Movimento e Sensação
|
| |
| 5-ci həftənin sonuna yaxın
baş beyin yarımkürəcikləri
beynin başqa hissələrinə nisbətən
daha tez böyüyürlər.
Rüşeym spontan yerinə yetirilən
və reflector hərəkətləri icra
etməyə başlayır.
Bu hərəkətlər normal sinir-əzələ
inkişafını təmin etmək üçün labüddür.
|
| Rüşeymin ağız nahiyəsinə toxunduqda
o, reflector olaraq
başını yana çəkir.
|
Capítulo 21 A Orelha Externa e a Formação de Célula Sanguínea
|
| |
| Xarici qulaq öz formasını
almağa başlayır.
|
| 6-cı həftənin sonuna yaxın
qara ciyərdə qan hüceyrələrinin
formalaşması baş verir
artıq burada limfositlər mövcuddur.
Bu ağ qan hüceyrələri növü
inkişaf etməkdə olan immun sisteminin
əsas aparıcı elementidir.
|
Capítulo 22 O Diafragma e os Intestinos
|
| Tənəffüs aktında iştirak edən
əsas əzələ- diafraqma əsasən
6-cı həftənin sonuna qədər
formalaşır.
|
| Hazirda bağırsaqların bir hissəsi
müvəqqəti olaraq göbək ciyəsinin
içinə daxil olur.
Bu, fizioloji yırtıq adlı normal
proses nəticəsində inkişafda olan
başqa orqanlar üçün qarın
boşluğunda yer açılır.
|
Capítulo 23 Placas da Mão e Ondas Cerebrais
|
| |
| 6-cı həftə arzində əl kökləri
incə lövhəciklərə cevrilir.
|
| Beyindən gələn elektrik dalğalar
6 həftə 2 günlük rüşeymdə artıq
qeydə alına bilər.
|
Capítulo 24 Formação do Mamilo
|
| |
| Döş qəfəsinin ön tərəfində öz
son yerini almaqdan bir az əvvəl
gövdənin yan tərəflərində
məməciklər əmələ gəlir.
|
Capítulo 25 Desenvolvimento dos Membros
|
| |
| 6 ½ həftəlik rüşeymdə dirsəklər
aydın bilinir, barmaqlar bir-birindən
ayrılmağa başlayır və artıq
əl hərəkətlərini müşahidə etmək olur.
|
| Ossifikasiya adlı sümüklərin
formalaşması prosesi körpücük
və ya klavikula adlı sümükdən,
eləcə də üst və alt çənə
sümüklərindən başlayır.
|
Capítulo 26 7 Semanas: Soluços e Resposta a Susto
|
| |
| 7-ci həftənin sonunadək hıcqırıqlar
müşahidə olunmağa başlayır.
Artıq qıcığa cavab olaraq,
ayaq hərəkətləri müşahidə olunur.
|
Capítulo 27 O Coração Desenvolvido
|
| |
| 4 kameralı ürək demək olar ki,
əsasən formalaşıb.
Hazırda ürək vurğularının orta
sayı dəqiqədə 167-dir.
7 ½ həftəlik rüşeymin ürəyinin
qeyd olunmuş elektrik aktivliyi
böyüklərdə müşahidə olunan
dalğalara bənzəyir.
|
Capítulo 28 Ovários e Olhos
|
| |
| Qadin cinsinə mənsub rüşeymdə
yumurtalıqlar 7 həftənin sonuna
yaxın müddətindəəyyən edilə bilər.
|
| 7 ½ həftəlik rüşeymin gözlərində
piqmentlə boyanmış torlu qişa aydın görünür
və göz qapaqları sürətlə
böyüməyə başlayır.
|
Capítulo 29 Dedos das Mãos e dos Pés
|
| |
| Əl barmaqları bir-birindən tam ayrılıb,
ayaq barmaqları isə yalnız kökündə
bir-biri ilə bitişikdir.
|
| Ayaq pəncələri kimi əllər də
indi bir-biri ilə birləşə bilir.
Diz oynaqları artıq əmələ gəlib.
|