| |
Um Embrião de 8 Semanas
Capítulo 30 8 Semanas: Desenvolvimento do Cérebro
|
| |
| 8-ci həftədə beyin kifayət qədər
inkişaf etmişdir
və rüşeymin ümumi bədən çəkisinin
az qala yarısını təşkil edir.
Boy qeyri-adi sürətlə artır.
|
Capítulo 31 Característica de Destro e Canhoto
|
| |
| 8-ci həftənin sonuna yaxın rüşeymlərin
75% sağ əlin üstünlüyünü nümayiş etdirir.
Yerdə qalanlar arasında isə
sol əlin üstünlüyü olan və heç bir əlin
üstünlüyü olmayanlar bərabər saydadır.
Bu sağaxay və solaxaylığın ilk təzahürüdür.
|
Capítulo 32 Virar
|
| |
| Pediatriya dərsliklərində göstərilir ki,
çevrilmə qabiliyyəti
doğuşdan 10-20 həftə sonra
əldə edilir.
Lakin, zəif qravitasiya şəraitində
maye ilə dolu amniotic kisədə
belə təsir bağışlayıcı koordinasiya
olduqca tez yaranır.
Yalnız uşaqlıq xaricində yüksək
cazibə qüvvəsinin müqavimətini rəf
etmək üçün kifayət qədər qüvvənin
olmaması yeni doğulmuşlarda
çevrilmənin qarşısını alır.
|
| Rüşeym bu müddət ərzində
bir az da aktivləşir.
Hərəkətlər yavaş, yaxud tez,
bir dəfə icra olunan, yaxud
təkrarlanan,
spontan, yaxud reflector ola bilər.
Başın hərlətmə hərəkəti, boynun bükülməsi
və əlin üzə toxunması daha çox
təsadüf edilir.
|
| Rüşeymə toxunmaqla gözlərin çəpləşməsi,
çeynəmə hərəkətləri,
tutucu hərəkətlər və ayaq barmağının
qaldırılması baş verir.
|
Capítulo 33 Fusão da Pálpebra
|
| |
| 7-8-ci həftələr arasında yuxarı
və aşağı göz qapaqları
sürətlə böyüyərək, gözlərin
üzərində qismən qapanırlar.
|
Capítulo 34 Movimento de Respiração e Micção
|
| |
| Uşaqlıq daxilində havanın
olmamasına baxmayaraq,
rüşeym 8-ci həftənin sonuna yaxın
fasilələrlə tənəffüs hərəkətlərini
nümayiş edir.
|
| Bu zaman böyrəklər amniotic
mayeyə sidik ifraz edir.
Kişi cinsinə mənsub olan rüşeymin
inkişafda olan xayaları
Testosterone hormonunu hasil
və ifraz etməyə başlayır.
|
Capítulo 35 8 a 9 Meses (32 a 36 Semanas): Formação dos Alvéolos, Segurar com Força, Preferências de Gosto
|
| |
| Rüşeymin ətraflatrında sümüklıər,
oynaqlar, əzələlər, sinirlər
və qan damarları eyni ilə böyük
adamlardakılara bənzəyir.
8-ci həftənin sonuna yaxın
dərinin üst qatı-epidermis
çoxlaylı membrana çevrilərək,
öz şəffaflığını demək olar ki,
itirir.
Ağız ətrafında tüklər əmələ gəldikcə
qaşlar da uzanır.
|
Capítulo 36 Resumo das Primeiras 8 Semanas
|
| |
| 8-ci həftə embrional dövr sona yetir.
Bu müddət ərzində insan rüşeymi
bir hüceyrədən 4000-dən artıq
müəyyən anatomik struktur
formalaşdıran 1 bilyona yaxın
hüceyrə yaratmış olur.
Artıq rüşeymdə böyüklərdə aşkar
olunan strukturların
90%-dən coxu vardır.
|